Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Serj Sarqsyanın kürəkəni ölkəsinə 350 milyon dollar ziyan vurub
Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyan 76 epizod üzrə təqsirli bilinib və onun haqqında cinayət işi açılıb.
Oxu.Az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd olunub ki, Serj Sarqsyanın kürəkəni korrupsiya, rüşvətxorluq, vergidən yayınma, çirkli pulların yuyulması və mənimsəməsi kimi cinayətləri törətməkdə şübhəli bilinir.
İstintaq işində yazılıb ki, Mikael Minasyan törətdiyi cinayət tərkibli əməlləri ilə dövlətə 350 milyon dollar həcmində ziyan vurub. Ümumilikdə iş üzrə 13 nəfər təqsirli bilinib.
Qeyd edək ki, Mikael Minasyan 2013-2018-ci illərdə Ermənistanın Vatikanda səfiri olub.
"Serj Sarqsyan" teqi üzrə xəbərlər
- Fuad Hüseynəliyev: "Paşinyan əhalini konstitusiya dəyişikliklərinin zəruriliyinə inandırmalıdır"
- Serj Sarqsyanın "Dizel işi" üzrə bəraət hökmü ləğv edildi
- Koçaryan və Sarqsyan həbs ediləcəklər?
- Ermənistanın partiya sədri: "Serj Sarqsyan hakim qarşısına çıxmalıdır"
- Erməni jurnalist: "Koçaryanı, Sarqsyanı və Ohanyanı Bakıda hakim qarşısına çıxarmaq lazımdır"