Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sərxoş polyak şəhər mərkəzində tankla gəzdi - VİDEO
Sərxoş Polşa sakini Paençno şəhərinin mərkəzində T-55 markalı Sovet tankı ilə gəzməyə çıxıb.
“Polislərə şəhərdə tankın olması barədə məlumat daxil olub. Hadisə yerinə gələn patrul orda Sovet tankı və onun yanında sərnişin qismində dayanmış şəxsi görüb. Tezliklə polislər tankı idarə edən 49 yaşlı kişini də tapa biliblər. Onun sərxoş olduğu məlum olub”, - deyə polis məlumatında bildirilir.
Araşdırma zamanı məlum olub ki, tank qoşquda aparılırmış. Qoşqu qırılınca hərbi texnika qoşqudan ayrılıb. Sərxoş olan tank sahibi isə şəhərdə gəzmək istəyib və bu məqsədlə yanına sərnişin də alıb.
Polisin verdiyi məlumata görə, tankın sığorta sənədləri, sahibinin isə bu növ texnikanı idarə etmək üçün vəsiqəsi olmayıb. Tankı şəhərin küçəsindən cərimə meydançasına aparmağa tank sürmək üçün vəsiqəsi olan keçmiş əsgər kömək edib.
Yolda təhlükəli vəziyyət yaradan tank sahibini 8 ilə qədər həbs cəzası gözləyir. Tankı sərxoş vəziyyətdə idarə etdiyi üçün isə əlavə 2 il də həbsxana divarları arasında qala bilər.
Rəylər