Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səudun xəstəxanaya yerləşdirilməsinin təfərrüatları məlum olub.
86 yaşlı kral kolonoskopiya müayinəsindən keçib və nəticələr müsbət çıxıb.
Lakin həkimlər prosedurdan sonra istirahət etmək üçün onu daha bir müddət xəstəxanada saxlamaq qərarına gəliblər.
Mənbə: TASS
14:32
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz bəzi tibbi müayinələr üçün xəstəxanaya yerləşdirilib.
Məlumata görə, 86 yaşlı Kral Ciddədəki Kral Feysəl Xəstəxanasına aparılıb.
Monarxın səhhətilə bağlı digər təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, sonuncu dəfə Kral Salman müayinə məqsədilə 20 iyul 2020-ci ildə xəstəxanaya aparılıb və üç gün sonra öd kisəsindən əməliyyat olunub.
Mənbə: TRT