Səudiyyə Ərəbistanının Ras-Tannurada şəhərindəki "Saudi Aramco" şirkətinin neft emalı zavoduna mərmi düşüb.
Oxu.Az bu barədə "Reuters"ə istinadən məlumat yayıb.
Bildirilib ki, PUA hücumu heç bir zərərə səbəb olmayıb.
Qeyd edək ki, daha əvvəl də sözügedən zavodun hədəfə alındığı bildirilmişdi.