Səudiyyə Ərəbistanı daxili tələbatın artması nəticəsində neft ehtiyatlarını azaldır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “The Wall Street” jurnalı yazır.
Cari ilin may ayında krallığın neft ehtiyatları 2014-cü ilin avqustundan etibarən minimuma enib.
Ötən ilin oktyabr ayından isə neft ehtiyatlarının həcmi 12% azalaraq 289 mln. barelə enib. Bu göstərici isə son 15 ildə ən uzunmüddətli geriləmədir.
Analitiklərin fikrincə, daxili tələbatı ödəmək üçün Səudiyyə Ərəbistanı hasilatı artırmaq istəmir. 2015-ci ilin avqustundan krallıqda hasilatın səviyyəsi günə 10,14-10,28 mln. barrel arasında dəyişir.