“Çin separatçı qüvvələrin qarşısını alaraq, Tayvanın müstəqil olmasını bütün gücü ilə əngəlləyəcək”.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Kommunist Partiyasının XIX qurultayının açılışında Çin sədri Si Szinpin deyib.
O bildirib ki, Pekin ardıcıl şəkildə “bölünməz Çin” siyasətini davam etdirəcək və Tayvanın müstəqilliyinə imkan verməyəcək.
“Biz adada olan bütün mənfi xarakterli siyasi dəyişikliklərin nizamlanmasına səy göstərəcəyik. Bütün gücümüzlə separatçı qüvvələrin qarşısını almaqla, Tayvanın qondarma müstəqilliyinə qarşı çıxacağıq”, - deyə o əlavə edib.
Çin sədrinin sözlərinə görə, Pekin Tayvan boğazı və ona bitişik ərazilərdə sülh şəraitinin dəstəklənməsində maraqlıdır.
A.S.
www.oxu.az