Türkiyədə dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Sivas-Tokat avtomobil yolunda sərnişin avtobusu ilə TIR toqquşub.
Oxu.Az bu barədə AA-ya istinadla xəbər verir.
İlkin məlumatlara görə, hadisə nəticəsində 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar təcili tibbi yardım maşınları ilə Sivas xəstəxanalarına çatdırılıblar.
Qəzanın başvermə şəraiti araşdırılır.
