Somalinin paytaxtı Moqadişoda silahlı şəxslər hotelin qarşısında avtomobili partladıb, daha sonra binaya hücum ediblər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Assoşieyted Press” məlumat yayıb.
Polisin məlumatına əsasən, “Əş-Şəbab” terror qruplaşmasının üzvləri olduğu ehtimal edilən silahlılar Moqadişoda “Nasa-Hablod” otelinə hücum ediblər.
Son məlumata görə, hazırda silahlılar və hotelin mühafizəçiləri arasında şiddətli atışma davam edir.
Sosial şəbəkələrdə hücum edən şəxslərin “Əş-Şəbab” terrorçuları olduğu iddia edilir.
Ölənlər barədə hələlik məlumat verilmir.
Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.