Suriyada 20-dən çox sərnişini daşıyan kiçik avtobus minaya düşüb.
Bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu (OSDH) məlumat yayıb.
Hadisə nəticəsində trüfel göbələyi toplamaq üçün yola çıxan 12-si qadın olmaqla azı 19 nəfər həlak olub.
Digər göbələk yığanların isə ağır yaralandığı bildirilir. Hadisə ölkənin şimalındakı Rakka əyalətində baş verib.
Yerli KİV-in məlumatına görə, Badia səhrasında “İŞİD” terrorist qruplaşmasının üzvləri tərəfindən minalar basdırılıb.
Xatırladaq ki, OSDH daha əvvəl martın əvvəlində terror qruplaşmasının üzvləri tərəfindən öldürüldüyü güman edilən 18 göbələk yığan şəxsin güllələndiyini bildirib. Fevral ayında isə eyni səhra ərazisində 14 nəfər trüfel yığan minaya düşüb.
Mənbə: octagon.media
Rəylər