Suriyanın Tartus əyalətinin Baniyas şəhərində yerləşən istilik elektrik stansiyasında (İES) baş verən partlayış nəticəsində üç nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Məlumata görə, partlayış bu gün səhər saatlarında baş verib. Hadisənin səbəbini müəyyən etmək üçün araşdırma aparılır.
Tartus əyalətinin səhiyyə idarəsinin məlumatına əsasən, partlayış stansiyada təmir işləri aparılarkən baş verib. Ölənlər şirkətin əməkdaşlarıdır.
Qaynar xətt:
(055) 224 12 12