Rusiyanın Surqut şəhərində naməlum şəxs küçədə bıçaqla insanlara hücum edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin saytında məlumat verilir.
Hadisə zamanı cinayətkar səkkiz nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarı zərərsizləşdiriblər.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az