Tacikistanda 29-30 yanvar tarixlərində baş verən qar uçqunu nəticəsində yeddi nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə ölkənin Fövqəladə Hallar Komitəsinin mətbuat katibi Umeda Yusupova bildirib.
“Beş nəfər Düşənbə-Xucand yolunda, iki nəfər isə Xoroq-Murqab yolunda qar altında qalaraq ölüb”, - o deyib.
Qar uçqunu və güclü qar yağması səbəbindən Düşənbə-Xucand yolu bağlanıb, 200-dən çox avtomobil blok edilib. Təxliyə üzrə işlərin təşkili və onların təhlükəsiz yerə aparılması üçün Fövqəladə Hallar Komitəsi tərəfindən işçi qrup yaradılıb.
800-ə yaxın adam, 50 yük maşını və 150 avtomobil təxliyə edilib.
N.O.
www.oxu.az