Tailandın Baş naziri Anutin Çanvirakun Kamboca ilə sülh bəyannaməsinin qüvvəsinin dərhal dayandırılması barədə göstəriş verib.
Oxu.Az bu barədə "The Nation" qəzetinə istinadən xəbər verir.
Tailandın iki hərbi qulluqçusu piyada əleyhinə minaya düşdükdən sonra baş nazir belə bir qərar verib.
Onun sözlərinə görə, insidentə aydınlıq gətirilənə qədər bəyannamənin icrası dayandırılmalıdır:
"Baş vermiş hadisə göstərir ki, ölkəmizin təhlükəsizliyinə qarşı düşmənçilik zəifləməyib. Buna görə də bütün gələcək fəaliyyətlər dayandırılmalıdır".
Xatırladaq ki, Tailand və Kambocanın baş nazirləri Anutin Çanvirakun və Hun Manet ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Malayziyanın paytaxtı Kuala-Lumpurda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində sülh sazişi imzalayıblar.