Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol vətənə xəyanətdə ittiham olunur.
Oxu.Az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, xüsusi prokurorluq qrupu belə qənaətə gəlib.
Məlumata görə, sabiq ölkə başçısı 2024-cü ilin oktyabrında Şimali Koreyaya PUA-lar göndərilməsinə göstəriş verib.
İddia olunur ki, Yol düşmən dövləti münaqişəyə cəlb etmək və ölkədə hərbi vəziyyət yaratmaq üçün qəsdən belə addım atıb.
Göndərilən dronun Pxenyan yaxınlığında vurulduğu və Şimali Koreya hakimiyyətinin əlinə bəzi məlumatlar keçdiyi vurğulanır. Prokurorluq əməkdaşları hesab edirlər ki, sabiq prezidentin hərəkətləri məxfi hərbi məlumatları üzə çıxarıb.
Bunu əldə əsas tutan hüquq-mühafizə orqanları sabiq prezidenti hərbi maraqlara zərbə vurmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edirlər.
Yol əvvəllər dövlət çevrilişi təşkil etməkdə də ittiham olunub. Keçmiş dövlət başçısı iyul ayından istintaq təcridxanasındadır.