Tailandda xüsusi təyinatlıların 20 nəfəri qətlə yetirmiş əsgəri zərərsizləşdirmək əməliyyatı uğursuzluqla nəticələnib.
TASS-ın məlumatına görə, polis silahlını ticarət mərkəzində tapa bilməyiblər.
Hərbçinin ticarət mərkəzinin zirzəmisində ola biləcəyi ehtimalı var.
Tailandın Nakhon Ratçasima şəhərində hərbçi geyimində olan şəxs ticarət mərkəzinə silahlı hücum edib. Hadisə nəticəsində 20 nəfər həlak olub, çoxsaylı yaralılar var.
Tailand ordusunun hərbçisi olan 32 yaşlı Jakrafant Thomma hərbi düşərgədən silah oğurlamazdan əvvəl komandirinə və iki əsgərə də atəş açıb.
23:18
Tailandda ticarət mərkəzində insanları qətlə yetirən hərbçiyə qarşı xüsusi təyinatlıların əməliyyatı kameralara düşüb. Video “Telegram” sosial şəbəkəsində yayımlanıb.
Xüsusi təyinatlılar dördmərtəbəli ticarət mərkəzi binasında 21 nəfəri öldürüb, bir o qədər şəxsi də yaralayan şəxsə qəfil hücum ediblər.
Qeyd edək ki, bundan öncə xüsusi təyinatlılar binadan yüzlərlə insanı çıxara bilmişdilər. Lakin silahlının əlində daha 16 nəfərin olduğu bildirilirdi.
Yerli polis telekanallara hadisə yerindən canlı yayım etməyi qadağan edib.