Tailandın Baş naziri Anutin Çarnvirakul Pekində keçirilən rəsmi ziyafət zamanı çinli həmkarı Li Tsyana tanınmış tayvanlı müğənni Tereza Tengin "Tian Mi Mi" mahnısını oxuyub.
Oxu.Az xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.
Nəşrin məlumatına görə, çıxış Çarnvirakulun Çinə ilk rəsmi səfərinin sonunda baş tutan ziyafətdə olub. Səfər çərçivəsində o, həmçinin Şanxaya gedərək Çinin Sədri Si Cinpinlə görüşüb.
Ziyafət zamanı çəkilən fotolarda Çarnvirakulun Tailand və Çin bayraqları fonunda mikrofonla çıxış etdiyi, Li Tsyan və digər rəsmi şəxslərin isə onu izləyərək alqışladığı görünür.
