Dünyaşöhrətli britaniyalı yazıçı Cilli Kuper 88 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti onun agentinə istinadla məlumat verib.
Qeyd edək ki, Cilli Kuper 1937-ci ildə anadan olub. O, "Rutşir salnaməsi" kimi populyar sevgi romanlarının, habelə onlarca elmi-populyar əsərin və uşaq kitablarının müəllifi kimi məşhurlaşıb.
Böyük Britaniyada onun əsərləri 11 milyon nüsxədən çox tirajla reallaşdırılıb. Üstəlik, yazıçı aktrisa kimi də ekranlarda yer alıb, 2024-cü ildə iki BAFTA mükafatına layiq görülmüş "Rəqiblər" adlı serialın çəkilişlərində iştirak edib.