Birjada gümüşün bir Trua unsiyası üçün qiyməti 67 dolları ötüb.
Oxu.Az bildirir ki, bunu Investing.com-un məlumatları göstərir.
Məlumata görə, Bakı vaxtı ilə saat 22:00-da gümüşün qiyməti 67.173 dollara çatıb.
Qeyd edilir ki, bununla da tarixdə ilk dəfə gümüşün birja qiyməti 67 dolları keçib.