Tbilisidə iki naməlum maskalı şəxs Gürcüstanın keçmiş daxili işlər nazirinin müavini Gela Xvedelidzeyə hücum edib.
Oxu.Az bu barədə gürcü KİV-nə istinadən xəbər verir.
G.Xvedelidzenin həyat yoldaşının verdiyi məlumata görə, hücum onların yaşadığı evin qarşısında baş verib.
Gela Xvedelidze ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, G.Xvedelidze bir neçə il əvvəl gizli videoçəkiliş ilə bağlı baş vermiş qalmaqala görə daxili işlər nazirinin müavini vəzifəsindən kənarlaşdırılıb.
Bu hücum faktı üzrə cinayət işi qaldırılıb, istintaq başlanılıb.
N.О.
www.oxu.az