Tbilisinin mərkəzində Eliava inşaat bazarı ərazisində baş vermiş yanğın nəticəsində iki nəfər həlak olub.
Oxu.Az “Novosti-Qruziya”ya istinadən xəbər verir ki, yanğın avqustun 4-də baş verib.
Həlak olanların cəsədləri çərşənbə günü tapılıb, gürcü TV bildirib. Alışma Quduatsk küçəsində, saat 17:00 radələrində başlayıb, burada lak-rəng materialları saxlanılırdı.
Yanğının söndürülməsində 28 yanğınsöndürən briqdası və 100-dən çox Gürcüstan DİN-in əməkdaşı cəlb edilib. Yanğının söndürülməsində Kür çayından su götürərək alovun üzərinə tökən helikopterlər də iştirak edib.
Yanğının söndürülməsi zamanı iki yanğınsöndürən xəsarət alıb, onlardan biri yanıq xəsarətləri ilə hələ də xəstəxanadadır.