Tehranda yanan binanın çökməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb.
Oxu.Az “PressTV”yə istinadən xəbər verir ki, binanın dağıntıları altında 50-100 nəfərin qaldığı ehtimal olunur.
Ölənlərin sayının artacağı istisna edilmir.
13:51
Tehranda 17 mərtəbəli ticarət mərkəzində baş verən yanğından sonra binanın çökməsi nəticəsində 30 yanğınsöndürən ölüb, 38 nəfər yaralanıb.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, yanğından sonra oradakı insanlar təxliyə edilib.
Məlumata görə, hadisənin başvermə səbəbi hələlik bilinmir.
Hazırda ərazidə xilasetmə işləri aparılır.
Ticarət mərkəzi Türkiyənin İrandakı səfirliyinin binası yaxınlığında yerləşir.
E.Ə.
www.oxu.az