İstifadəçilər kütləvi surətdə “Telegram” mesencerinin fəaliyyətində yaranmış problemlər haqqında məlumat verir.
Oxu.Az-ın verdiyi xəbərə görə, bunu deməyə “Downdetector” servisinin məlumatları əsas verir.
“Telegram”ın fəaliyyətindəki problemlər Bakı vaxtı ilə 22:00-dan etibarən müşahidə edilir.
Nasazlıqlar əsasən Mərkəzi Avropada meydana gəlib. Bu barədə həmçinin Türkiyə, İsrail və ABŞ-dan da məlumatlar daxil olub.