ABŞ-nin "Tesla" şirkəti yaxın işıqlarının həddindən artıq parlaq olması səbəbindən 20 349 avtomobilini geri çağırır.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilib ki, geri çağırılma prosesi bəzi "Tesla Model 3" və "Model Y" elektromobillərini əhatə edəcək.
Faraların həddindən artıq parlaq olması qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görmə imkanlarını məhdudlaşdıra və bununla da yol-nəqliyyat hadisəsi riskini artıra bilər.
Tənzimləyici orqanın məlumatına görə, hazırda problemin yekun həlli müəyyən edilməyib.
Qaynar xətt:
(055) 224 12 12