Demokratlar Partiyasının nümayəndəsi Qina İnoxosa üç müddət ərzində Texas qubernatoru vəzifəsini icra edən respublikaçı Qreq Ebbott üzərində qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
Bununla da, 1995-ci ildən bəri ilk dəfə olaraq demokratlar ənənəvi respublikaçı ştatda qubernator postunu ələ keçiriblər.
İnoxosa Texas ştatının tarixində Latın Amerikasından olan ilk qadın qubernator kimi yadda qalacaq. Keçmişdə hüquqşünas kimi fəaliyyət göstərən siyasi xadim 2016-cı ildə ştatın Nümayəndələr Palatasına seçilmişdi.
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Ebbottun məğlubiyyətinə münasibət bildirərək, onun öz siyasi mövqelərini dəyişməsi səbəbindən uduzduğunu qeyd edib.
Demokratların daha bir mühüm nailiyyəti Ceyms Talarikonun Texasdan Senata keçirilən seçkidəki qələbəsi olub. O, Trampın müttəfiqi və ştatın baş prokuroru olan respublikaçı Ken Pakstonu üstələməyi bacarıb.
Bunlardan əlavə, ABŞ telekanallarının verdiyi proqnozlara əsasən, aralıq seçkisinin nəticələrinə görə demokratlar Nümayəndələr Palatası üzərində də nəzarəti əldə edə bilərlər.