İngiltərənin "Tottenhem" klubunun futbolçusu Manor Solomon İsraildən komandanın düşərgəsinə qayıda bilmir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
İsrailli futbolçu vətənə qayıdıb və orada toy edib. İyunun 13-dən İsrailin hava məkanı İranla münaqişə səbəbindən mülki aviasiya üçün bağlanıb.
Qeyd edək ki, Solomonun 25 yaşı var. O, ötən mövsümü icarə əsasında "Lids"də keçirib.