"Hörmüz boğazında gəmilərə qarşı həyata keçirilən hər bir zərbənin qarşılığında ABŞ İran ərazisindəki bir körpünü və ya bir elektrik stansiyasını darmadağın edəcək".
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında bildirib.
"İndidən etibarən, İran Hörmüz boğazından keçən hər hansı bir gəmiyə raket, dron və ya başqa növ silahlarla hücum edərsə, ABŞ buna cavab olaraq bir elektrik stansiyasını, yaxud körpünü bombardman edib dağıdacaq. Bu hədəflər paytaxt Tehranın özündə və ya onun ətrafında da yerləşə bilər", - deyə Birləşmiş Ştatlar lideri sərt bəyanat verib.