Donald Tramp bəyan edib ki, İrana qarşı aparılan əməliyyat çox yaxşı gedir.
Oxu.Az xəbər verir ki, ABŞ prezidenti bu qiymətləndirməni "Washington Free Beacon" portalına müsahibəsində səsləndirib.
D.Tramp əməliyyatın başlanğıcını müsbət dəyərləndirib və onun çox yaxşı getdiyini bildirib.
Tramp vurğulayıb ki, Tehran Vaşinqtonla razılaşma əldə etmək istəmirdi. O iddia edib ki, hazırkı hücumdan sonra İranın bərpası üçün bir neçə il vaxt lazım olacaq.
Donald Tramp həmçinin bildirib ki, Tehran və Vaşinqton nüvə sazişi üzrə razılaşmaya yaxın olublar, lakin sonradan İran geri çəkilib.
"Bundan belə nəticə çıxardım ki, onlar əslində saziş istəmirdilər", - deyə o qeyd edib.
"Mən bunu uzada və hər şeyi ələ keçirə bilərəm, ya da bir neçə günə bitirib iranlılara deyə bilərəm ki, əgər yenidən bərpa prosesinə başlasalar, bir neçə ildən sonra yenə görüşəcəyik", - ABŞ lideri fikrini yekunlaşdırıb.