"Birləşmiş Ştatlar İranla səmərəli danışıqlar aparıb və Tehranın nüvə proqramı məsələsində real irəliləyiş əldə edilib".
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Nyu-Cersidə aeroporta jurnalistlərə açıqlama verərkən deyib.
D.Tramp əlavə edib ki, nüvə sazişi üzrə əldə edilən real irəliləyiş may ayının 24-25-də aparılan danışıqlar zamanı əldə edilib.