ABŞ-ın yeni seçilmiş prezidenti Donalt Tramp dünyasını dəyişmiş Kuba inqilabının lideri Fidel Kastronu qəddar diktator adlandırıb və Kubanın rifahına kömək etməyə söz verib, Oxu.Az RT-yə istinadla xəbər verir.
“Bu gün dünya 60 il müddətində öz xalqını əzən qəddar diktatorun dünyadan getməyini qeyd edir”, - deyə Tramp bildirib.
O, bəyanatında Kubanın totalitar dövlət olaraq qaldığını da qeyd edib.
Fidel Kastro noyabrın 25-də 90 yaşında dünyasını dəyişib.
N.О.