ABŞ-da aparılan araşdırmalara görə, koronavirusdan sağalan xəstələrin plazması ilə COVID-19-un müalicəsi ölüm hallarını 1/3 azaldıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, virusun bu üsulla müalicə proqramında 100 mindən çox amerikalı iştirak edib.
Tramp FDA-nın (ABŞ-da Qida və Dərman İdarəsi) təhlükəsiz və effektiv hesab etdiyi plazma müalicəsi üçün razılıq verdiyini vurğulayıb.
Dövlət başçısı həmçinin klinik sınaqlar üçün 48 milyon dollar ayrıldığını qeyd edib.