Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tramp "qara siyahı" hazırladı: Seçkidən sonra kimlərdən qisas alacaq?
ABŞ-də prezident seçkisində qalib gəldiyi elan edilən Donald Tramp qisas almaq istədiyi insanların siyahısını hazırlayıb.
Bu barədə Oxu.Az "Politico" nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, bu siyahıda yer alanlar, əsasən, əvvəllər respublikaçı namizədin əleyhinə qəzəbli ifadələr səsləndirən şəxslərdir.
Siyahıda birinci yerdə Co Bayden və oğlu Hanter Bayden dayanırlar. Tramp, həmçinin, seçkidəki rəqibi Kamala Harrisdən də qisas almaq istəyir. Siyahıya ABŞ-nin keçmiş prezidenti Barak Obama, keçmiş dövlət katibi Hillari Klinton da daxildirlər.
Jurnalistlərin fikrincə, Tramp qərarlıdır və çox yaxında planlarını həyata keçirməyə başlayacaq.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Bakı sakinləri Rusiya-Ukrayna müharibəsinin gedişatı ilə bağlı nə düşünürlər?
- Tramp: "Həftəsonu Ukrayna nizamlanmasında böyük irəliləyiş əldə edilib"
- 60 amerikalı Azərbaycana qarşı HƏRƏKƏTƏ KEÇDİ: "Bakıya hücum" əmri verənlər İFŞA EDİLDİLƏR
- Tramp Zelenskiyə hədə-qorxu gəldi
- Taxıl sazişi üzrə görüşün mümkün yeri məlum olub