Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tramp Qətərin ona hədiyyə etdiyi milyonlarla dollarlıq təyyarə ilə bağlı VƏD VERDİ
ABŞ Prezidenti Donald Tramp Qətərin ona hədiyyə etdiyi, dəyəri 400 milyon dollar olan təyyarəni ABŞ Hərbi Hava Qüvvələrinə bağışlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Tramp özünün "Truth" sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, bu təyyarə çatdırılması gecikən yeni "Boeing"lərin əvəzinə istifadə ediləcək.
O qeyd edib ki, bu, ABŞ-nin uzun illər uğurla müdafiə etdiyi dövlətin bir hədiyyəsidir.
Tramp bildirib ki, ABŞ-nin vergiödəyiciləri və hərbçiləri təyyarəni pulsuz ala biləcəkləri halda ona milyonlarla dollar xərcləməyin mənası yoxdur.
"Donald Tramp" teqi üzrə xəbərlər
Ən çox oxunanlar