ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı danışıqların başladığını bildirib və həm Vaşinqton, həm də Avropa üçün "yaxşı razılaşma"ya ümid etdiyini ifadə edib.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
"Milli təhlükəsizlik baxımından bu, çox vacib sövdələşmədir. Hesab edirəm ki, biz bu razılaşmanı əldə edəcəyik" , - deyə o vurğulayıb
ABŞ liderinin iddiasına görə, bir çox məsələ üzrə kifayət qədər razılıq əldə olunub və Avropa da ABŞ-nin razılaşmanı bağlamasını istəyir.