Karakas ABŞ ilə əməkdaşlığa razılıq verdiyi üçün Prezident Donald Tramp Venesuelaya qarşı daha əvvəl gözlənilən ikinci hücum dalğasını ləğv edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Tramp "Truth Social" hesabında yazıb.
"ABŞ və Venesuela birlikdə çox yaxşı işləyirlər... Bu əməkdaşlıqla əlaqədar olaraq mən daha əvvəl gözlənilən ikinci hücum dalğasını ləğv etdim", - deyə o bildirib.
O qeyd edib ki, ABŞ-nin böyük neft şirkətləri Venesuelaya ən azı 100 milyard dollar investisiya yatırmağı planlaşdırırlar.