Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tramp Zelenskiyə görə Avropa İttifaqına qəzəblənib
ABŞ Prezidenti Donald Tramp fevral ayında Ukrayna lideri Volodimir Zelenski ilə Ağ Evdə mübahisə etməsindən sonra Avropa İttifaqının (Aİ) sonuncuya dəstəyinə görə qəzəblənib.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, həmçinin Zelenskinin Ukraynadakı münaqişənin həlli üçün sülh sazişinin hələ çox gec bağlanacağı barədə dediyi sözləri də Trampı qıcıqlandırıb.
Bəzi rəsmilərin fikrincə, Trampı cəmi 24 saatdan sonra Ukraynaya hərbi yardımı dayandırmağa vadar edən məhz bu olub. Ağ Ev rəhbəri ilə Ukrayna lideri arasında münasibətlərin hələ də gərgin olaraq qaldığı bildirilir.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp gələn həftə Ukrayna münaqişəsi üzrə danışıqlardan çıxa bilər
- Tramp Hindistan-Pakistan gərginliyinə münasibət bildirib
- Tramp Zelenskini sənədləri dərhal imzalamağa çağırdı
- Tramp Kanada və Qrenlandiyanın ABŞ-yə birləşdirilməsindən danışdı: "Zarafat etmirəm"
- Tramp ikinci müddətinin ilk 100 gününü qiymətləndirdi