Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Trampdan xəbərdarlıq: "Ya İran ABŞ ilə saziş bağlayacaq, ya da tezliklə nə isə baş verəcək"
"Tehran ya Vaşinqtonla razılığa gəlməlidir, ya da yaxın gələcəkdə bunun nəticələri ilə üzləşməlidir".
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərlə söhbəti zamanı deyib.
"Bizdə İranla bağlı belə bir vəziyyət yaranıb və çox yaxında nə isə baş verəcək. Ümid edirəm ki, bu, sülh sazişi olacaq, lakin digər variant da problemi həll edəcək", - o bildirib.
O, ABŞ-nin konkret hansı addımlar ata biləcəyini açıqlamayıb, lakin vurğulayıb ki, Vaşinqton Tehranla münasibətlərdə mövcud vəziyyətlə barışmaq niyyətində deyil.
"ABŞ-İsrail münasibətləri" teqi üzrə xəbərlər
Ən çox oxunanlar