Türkiyə Ağrı vilayətində İranla sərhəddəki Gürbulaq nəzarət-buraxılış məntəqəsini bu gün səhər saatlarından bağlayıb.
Oxu.Az-ın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, buna səbəb kimi terror təhlükəsi göstərilir.
Məlumata əsasən, hüquq-mühafizə orqanları ehtimal edilən partlayıcı qurğunun hissələrini Gürbulaq yaxınlığında tapıb.
Ərazi dövrəyə alınıb. Hadisə yerində minaaxtaranlar işləyirlər.