Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejimini uzadıb
Türkiyə parlamenti hökumətin ölkədə fövqəladə vəziyyət rejiminin 90 gün artırılmasına dair qərarını təsdiqləyib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hökumət oktyabrın 3-də Milli Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında ölkədə oktyabrın 19-dan etibarən fövqəladə vəziyyət rejiminin 90 gün müddətinə artırılmasına dair qərar qəbul edib.
Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi dövlət çevrilişinə cəhddən sonra tətbiq edilməyə başlayıb.
S.B.
www.oxu.az
"Türkiyə" teqi üzrə xəbərlər
Ən çox oxunanlar