Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən indiyədək 3500 nəfərdən çox İŞİD terror qruplaşması yaraqlısı həbs olunub.
Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Binəli Yıldırım bəyanat verib.
O qeyd edib ki, terrorçuların həbs olunması sayəsində ölkədə qətl və digər cinayətlərin qarşısı alınıb, həmçinin əlavə edib ki, Türkiyə hakimiyyəti 50 mindən çox İŞİD əlaltısının sərhədləri qanunsuz keçməsinin qarşısını alıb.
“Türkiyənin müttəfiqləri və dostları bir addımı atmadan öncə 100 dəfə düşünməlidirlər. Onlar Türkiyə və ya terrorçular ilə yollarına davam edəcəklərinə qərar verməlidirlər”, - “Anadolu” agentliyi Binəli Yıldırımın sözlərindən sitat gətirib.
N.О.
www.oxu.az