Türkiyənin Adana şəhərində havalar isinməyə başladıqca canlanan təbiətdə ilanlar da görünməyə başlayıb. Adananın Kozan rayonunda isə Türkiyənin ən zəhərli ilan növlərindən biri olan gürzə görüntülənib.
Bu barədə Oxu.Az İHA-ya istinadla xəbər verir.
Ali Özcanlı adlı yerli sakin su nasosunun ətrafında olan ilanı mobil telefonunun kamerası ilə lentə alıb.
O bildirib ki, bağçada xışıltı səslərindən şübhələnib və yaxından baxdıqda ilanı görüb.
Türkiyədə ən zəhərli ilanlardan biri görüntüləndi