Malatyada baş verən zəlzələ şəhərdə genişmiqyaslı çaxnaşmaya səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, məktəblərdə və iş yerlərində yaşanan dəhşətli anlar təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.
Malatyada baş verən güclü zəlzələdən sonra bölgədə məktəblər bir günlük bağlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Malatya valisi Seddar Yavuz sosial şəbəkə hesabında məlumat verib.
"Battalgazi rayonunda baş verən 5,6 bal gücündə zəlzələ səbəbindən şagirdlərimizin və vətəndaşlarımızın təhlükəsizliyini nəzərə alaraq vilayətimizdə təhsil bir günlük dayandırılıb. Bütün müvafiq qurumlar lazımi araşdırma və nəzarət tədbirlərini davam etdirir", - deyə vali bildirib.
Malatyada baş verən güclü zəlzələ Elazığ bölgəsində də hiss olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat verib.
Məlumata görə, Elazığda bəzi vətəndaşlar evlərini və iş yerlərini tərk edərək küçələrə çıxıblar.
Türkiyənin Malatya bölgəsinin Battalqazi rayonunda 5.6 bal gücündə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib.
Seysmik hadisənin episentri 7 kilometr dərinlikdə olub.
Məlumata görə, yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.
Dağıntı və itki barədə məlumat verilməyib.
#DEPREM
— AFAD Deprem (@DepremDairesi) May 20, 2026
Büyüklük:5.6 (Ml)
Yer:Battalgazi (Malatya)
Tarih:2026-05-20
Saat:09:00:14 TSİ
Enlem:38.27417 N
Boylam:38.57944 E
Derinlik:7.03 km
Detay:https://t.co/f4MUmldPsk@afadbaskanlik @trthaber @anadoluajansi