İstanbulun Silivri sahillərində Türkiyə bayrağı altında üzən iki ticarət gəmisinin toqquşması ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 3 radələrində (Bakı vaxtı ilə saat 4 radələrində) Silivridən təxminən 18 dəniz mili cənubda qəza baş verib.
Kocaelidən Aliağaya doğru hərəkət edən "ALSU" adlı ticarət gəmisi ilə İskenderun limanından Karadeniz Ereğliyə istiqamətlənən "TUĞBERK İMAMOĞLU" ticarət gəmisi toqquşub.
Məlumat daxil olduqdan sonra hadisə yerinə Sahil Mühafizəsi Xidməti, həmçinin Sahil Təhlükəsizliyinin Mərmərə və Boğazlar Bölgə Komandanlığına aid çox sayda dəniz vasitəsi və helikopterlər cəlb edilib.
Xilasedicilərin apardığı ilkin baxış zamanı "ALSU" gəmisində vizual olaraq hər hansı bir ciddi zədənin olmadığı müəyyənləşib.
İstanbulun Silivri sahillərində Türkiyə bayrağı altında üzən iki ticarət gəmisi toqquşub.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Qəzadan sonra "TUĞBERK İMAMOĞLU" adlı gəmi və onun 10 nəfərlik heyəti ilə əlaqənin kəsildiyi açıqlanıb.
Ərazidə genişmiqyaslı axtarış-xilasetmə tədbirlərinə başlanılıb.
İstanbul Valiliyinin verdiyi məlumata əsasən, hadisənin ardınca xilasetmə qrupları dərhal hərəkətə keçiblər.