Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyədə məsciddə namaz zamanı qaz sızdı: 16 nəfər zəhərləndi
Türkiyənin paytaxtı Ankaranın Keçiören rayonunda məscidin istilik sistemində qaz sızması nəticəsində 16 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Qeyd olunur ki, məsciddə təravih namazı (Ramazan ayında qılınan gecə namazı - red.) qılınarkən ibadət edənlərin bəzilərinin səhhətində problem yaranıb.
Hadisə yerinə təcili yardım, xilasetmə xidməti, polis əməkdaşları cəlb edilib. Qazdan zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.
Araşdırma zamanı məscidin qadınların ibadəti üçün nəzərdə tutulan hissəsində karbon-monoksid qazının sızması aşkarlanıb.
"Dəm qazından zəhərlənmə" teqi üzrə xəbərlər
Ən çox oxunanlar