Türkiyədə “Be-200” təyyarəsi yanğınları söndürmək tapşırığını yerinə yetirdikdən sonra qəzaya uğrayıb.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verib.
“14 Avqust 2021-ci il tarixində günorta təxminən 15:00 radələrində Türkiyə Respublikası Adana yaşayış məntəqəsi yaxınlığında Rusiyanın “Be-200” təyyarəsi yanğınları söndürmə vəzifəsini tamamladıqdan sonra qəzaya uğrayıb”,- deyə məlumatda bildirilib.
Təyyarənin göyərtəsində beş rusiyalı hərbçi və yanğın ocaqlarını göstərən üç türkiyəlinin olduğu qeyd edilib.
Həmçinin o da bildirilir ki, faciənin səbəblərini öyrənmək üçün Rusiya Müdafiə Nazirliyinin komissiyası qəza yerinə göndərilib.
Türkiyədə Rusiya təyyarəsi qəzaya uğradı: Ölənlər var - YENİLƏNİB + VİDEO
Rəylər