Türkiyənin Bursa vilayətində turistləri daşıyan avtobus qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.
Kütahya-Bursa yolunda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.
Xəsarət alan sərnişinlərin sayı isə 35-dir. Onlardan 4-nün vəziyyəti ağırdır.
Qeyd edək ki, dərəyə aşan avtobusun içində 47 turist olub.
12:00
Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda 47 sərnişini olan tur avtobusu aşıb.
Qəza İnegöl mahalının Kocayayla məhəlləsində qeydə alınıb.
İlkin məlumata görə, qəzada 2 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Yaralılar İnegöl və Domaniçdəki xəstəxanalara aparılıb.
Mənbə: “Haberler”