Türkiyədə baş verən zəlzələdə BMT-nin üç əməkdaşı həlak olub.
Bunu çərşənbə günü brifinqdə BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.
“Hazırda zəlzələ zamanı ölən 3 əməkdaşımız barədə xəbərdarıq. Onların hamısı Türkiyədə dünyasını dəyişib və ölkə təmsilçiləri olublar”, - deyə o, bildirib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib. Əsrin faciəsində ölənlərin sayı artıq 35 mini keçib, 105 mindən çox insan yaralanıb.
Mənbə: TASS