Türkiyənin paytaxtı Ankarada təşkil olunan 36-cı NATO sammitində iştirak edən Yaponiyanın müdafiə naziri Koidzumi Şinciro ona təqdim edilən qablaşdırılmış "stəkan suyu" görərkən təəccübünü gizlədə bilməyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, yapon nazir Koidzumi Şincironun internetdə etdiyi bu paylaşım istifadəçilərin marağına və təbəssümünə səbəb olub.
Verilən suyun şəklini çəkib özünün rəsmi hesabında paylaşan Yaponiyanın müdafiə naziri həmin fotoya bu səmimi fikirlərini yazıb:
"Bunu əvvəlcə şam hesab etdim, lakin su imiş. İlk dəfədir ki, belə qablaşdırma görürəm".