Türkiyə sakinləri ölkənin Suriya ilə sərhədində Rusiyaya məxsus Su-24 bombardmançısının məhv edilməsini müsbət qarşılayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə mayın 20-də Hürriyet Daily News nəşri xəbər verir.
Nəşrin məlumatına əsasən, müvafiq sorğu Kadir Xas unuversiteti tərəfindən aparılıb.
Sorğunun nəticələrinə görə, respondentlərin 58,2 faizi təyyarənin məhv edilməsini müsbət hadisə kimi, yerdə qalan 41,8%-i isə bu hadisəni mənfi hal kimi qiymətləndirib.
Sorğuya müsbət cavab verən respondentlərin əksəriyyəti bildiriblər ki, bu hadisə Türkiyənin nüfuzunu göstərir. İkinci ən məşhur rəy ölkənin sərhədlərinin qorumaq öhdəliyidir.