Twitter sosial şəbəkəsinin həmtəsisçisi Cek Dorsi müvəqqəti olaraq öz hesabını istifadə etmək imkanından məhrum olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.
Amma hesabın blok olunması uzun sürməyib, cəmi 15 dəqiqə.
“The Verge” ehtimal edib ki, Dorsi hakerlərin hədəfi ola bilər, məhz bu səbəbdən də hesab blok edilib.
Sahibkar özü bir qədər sonra baş verənləri “daxili səhv” adlandıraraq, istifadəçilərə Twitterdə ilk yazısını xatırladıb.
N.O.
www.oxu.az