Ukrayna ilə ABŞ arasında mineral resurslar barədə sövdələşmə 10-15 il ərzində fayda verməyəcək və özəl sektora ciddi investisiyanın yatırılmasını tələb edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" məlumat verib.
"Donald Trampın Ukrayna ilə bağladığı resurs barədə sazişi, ən azı, on il ərzində heç bir mineral hasilatı kimi heç bir nəticə verməyəcək və layihələrin həyata keçirilməsi üçün özəl sektora böyük miqdarda investisiyaların yatırılmasını tələb edəcək", - məqalədə qeyd olunub.
Bildirilir ki, Ukraynadakı mürəkkəb geosiyasi vəziyyətə görə bu saziş üzrə resursların real tədarükü yalnız 2040-cı ildə mümkündür.
"Bu layihələr yenidir - onlara investisiya, tədqiqat və inkişaf lazımdır, bu, hər yerdə çətindir", - "TechMet" şirkətinin baş direktoru Brayan Menell vurğulayıb.